Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Sosial Tərəfdaş” layihəsi çərçivəsində həssas əhali qruplarına — xüsusilə də pensiyaçılara, şəhid ailələrinə, qazilərə, əlilliyi olan şəxslərə və ünvanlı dövlət sosial yardım alan şəxslərə — ölkə üzrə seçilmiş marketlərdə, apteklərdə və klinikalarda xüsusi endirim imkanları təqdim olunur. Layihənin əsas məqsədi bu əhali qruplarının gündəlik xərclərinin azalmasına dəstək olmaqla yanaşı, onların sosial rifahının yüksəldilməsinə xidmət etməkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinin “mygov” platformasına inteqrasiyası çərçivəsində sözügedən xüsusi endirim barkodları da tətbiqə əlavə edilib. Artıq “e-Sosial” xidmətlərindən, o cümlədən pensiyaçı endirim barkodunuzdan “mygov” mobil tətbiqi vasitəsi ilə istifadə edə bilərsiniz. Endirimlərdən yararlanmaq üçün vətəndaşların “mygov” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməsi və tətbiqdə görünən “Sosial Tərəfdaş” pensiyaçı barkodunu ödənişdən əvvəl kassada təqdim etmələri kifayətdir.
Xatırladaq ki, cari ilin 1 may tarixindən etibarən “e-Sosial” mobil tətbiqinin fəaliyyəti dayandırılacaq və xidmətlər “mygov” platformasına inteqrasiya ediləcək. “mygov” bütün dövlət xidmətlərini bir mərkəzdə birləşdirən vahid platforma kimi xidmət göstərir.Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir.
mygov mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilərsiniz:
https://onelink.to/rryy4q
Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
·
LinkedIn
·
Facebook
·
Instagram