• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında mütaliə mədəniyyəti və oxucu maraqlarının öyrənilməsinə dair tədbir keçirilib
04 may, 18:16
15

2–3 may 2026-cı il tarixində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi tərəfindən müasir dövrdə mütaliə mədəniyyəti, oxu vərdişləri, oxucu sorğuları və maraqlarının öyrənilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Biznes Universitetinin və Bakı Avrasiya Universitetinin kulturologiya və sosial iş fakültələrinin tələbələri iştirak ediblər.

Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları tələbələrə oxucu sorğularının öyrənilməsi, mütaliə maraqlarının formalaşdırılması, kitabxana fondunun tərkibi, müxtəlif yaş qruplarından olan oxuculara göstərilən kitabxana xidməti haqqında ətraflı məlumat veriblər. Tədbir iştirakçıları ənənəvi və onlayn oxucu formulyarları, oxucu gündəlikləri və ödənilmiş arayışlar arxivi ilə tanış ediliblər.

Oxucularla birlikdə anket sorğuları keçirilib.