Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Əlilliyi olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin icrası ilə həyata keçirilən "Əlilliyi olan uşaqların sağlamlığının qorunması" layihəsi çərçivəsində son təlim günü təşkil olundu.Təlimdə 19 nəfər iştirak etdi.Tədbiri Əlilliyi olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin sədri Təranə Musayeva açıq elan etdi. O, layihənin maliyyələşdirilməsinə, valideynlərin tibbi və reabilitasiya sahəsində maarifləndirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi.Təranə Musayeva qeyd etdi ki, bu cür layihələrin gələcək illərdə də davam etdirilməsi daha çox valideynin tibbi biliklərinin artırılmasına, əlilliyi olan uşaqların reabilitasiya prosesində düzgün yanaşmaların tətbiqinə və ailələrin maariflənməsinə mühüm töhfə verəcəkdir. O, Agentliyə göstərdiyi davamlı dəstəyə görə bir daha minnətdarlığını ifadə etdi.Daha sonra layihənin qiymətləndirilməsi mərhələsi keçirildi. İştirakçılarla sorğu-sual təşkil olundu, təlim mövzuları üzrə bilikləri yoxlanıldı və layihə rəhbəri ilə birlikdə mövzular ətrafında müzakirələr aparıldı. İştirakçılar sualları böyük həvəslə cavablandıraraq əldə etdikləri bilik və bacarıqları nümayiş etdirdilər. Bu isə layihənin məqsədlərinə uğurla nail olunduğunu və iştirakçılar tərəfindən böyük maraqla qarşılandığını göstərdi.Tədbirin sonunda layihə rəhbəri iştirakçılara gələcək fəaliyyətlərində uğurlar, özlərinə və övladlarına möhkəm cansağlığı arzuladı, onların gələcəkdə də maarifləndirici və faydalı layihələrdə fəal iştirak etmələrini dilədi.Sonda əvvəlcə təlimçiyə təşəkkürnamə təqdim olundu, daha sonra isə layihə rəhbəri və təlimçi tərəfindən bütün iştirakçılara sertifikatlar təqdim edildi. İştirakçılar layihə ilə bağlı xoş təəssüratlarını bölüşərək təşkilatçılara təşəkkür etdilər.Layihə yüksək məmnunluq hissi ilə başa çatdı.
#ƏlilliyiOlanŞəxslər #ƏlilliyiOlanUşaqlar #Sağlamlıq #UşaqSağlamlığı #Reabilitasiya #ValideynMaarifləndirilməsi #SosialDəstək #İctimaiBirlik #QHT #QHTAgentliyi #DövlətDəstəyi #Maarifləndirmə #Təlim #Sertifikat #Azərbaycan #BirlikdəGüclüyük #İnklüzivCəmiyyət #Sosialİnkişaf #Layihə #QeyriHökumətTəşkilatları










