• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Sağlamlıq imkanları məhdud uşaqlar idman yarışlarına cəlb olunacaq
30 mart, 23:35
310

Cheerliding federasiyasının məşqçiləri  " Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyinin üzvlüyündə olan 6 yaşdan yuxarı sağlamlıq imkanları məhdud uşaqları idman yarışlarına cəlb etmək üçün layihənin icrasına başlayır. Məşqlər fitnes klubunda həftədə iki dəfə, bir saat  pulsuz keçiriləcək. Layihə sağlamlıq imkanları məhdud uşaqların sosiallaşmasına, yeni dostlar qazanmasına, fiziki inkişafına müsbət təsir edəcək. Layihədə uğur qazanan uşaqlar idman yarışlarında iştirak edəcək, bu da onların özgüvənliyini artıracaq.