• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Layihə üzrə təlimlər başa çatdı
08 aprel, 17:37
407

"Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi“ Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 fevral 2022-ci il tarixindən "SOSİAL MEDİANIN İDARƏ EDİLMƏSİ” adlı layihənin icra edir. Layihə üzrə 12 təlim keçirilib.  Təlimə cəlb olunan gənclər  sosial mediada düzgün işləmə bacarıqlarını, sosial medianın sirlərini, sosial media üzərindən öz bizneslərini necə qurmağın yollarını  öyrənib. Təlimlərin sonunda gənclərə test edilərək öyrəndikləri biliklər yoxlanılıb. Layihə keçirildiyi müddətdə birliyin saytı hazırlanıb. Onlara sayt haqqında, sayta materialların və şəkillərin necə yüklənməsi, materialların  yerləşdirilməsi  üçün bölmənin seçilməsi, yerləşdirilmiş materialın aktivləşdirilməsi praktik şəkildə göstərilərək məlumat verilib. Layihənin keçirildiyi müddətdə  iştirakçılar ARB Televiziyasının Media şöbəsində bir günlük təcrübə keçib. Layihənin sonunda gənclər qrup şəklində gəzintidə olub. Bu da onların şən və maraqlı vaxt keçirmələrinə  səbəb olub.