• Əlilliyi olan şəxslərə sosial dəstək İB
'Sosial Medianın İdarə Edilməsi' layihəsi başa çatıb
19 aprel, 12:13
541

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01.02.2022-ci il tarixdən başlayıb. Layihəyə cəlb olunmuş gənclərə 12 təlim keçilərək sosial medianın sirləri öyrədilib. Gənclər üçün maraqlı keçən layihə onların gələcək həyatında önəmli rol oynaya bilər. Onlar hər hansı bir şirkətin sosial media hesabını idarə edə və yaxud sosial media üzərindən öz bizneslərini qura bilərlər. Bu da məşğulluğun təmin olunmasına və əlilliyi olan gənclərin sosiallaşmasına, cəmiyyətə inteqrasiyasına səbəb olacaqdır.