• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Xeyriyyə satış-sərgisi təşkil olunub
27 iyun, 13:40
237


"Əlilliyi olan şəxslərə Sosial Dəstək" İctimai Birliyi 24-25-26 iyun 2022-ci il tarixində "Park Bulvar"da əlilliyi olan şəxslərin əl işlərinin xeyriyyə satış sərgisini təşkil edib.  Sərgidə əlilliyi olan şəxslər ərsəyə gətirdikləri əl işlərini satmağa nail olublar. Bu da onların ailələrinə maddi dəstəkdir. Xeyriyyə məqsədi ilə toplanan vəsait Fenilketonuriya xəstəsi olan 15 yaşlı Fərid Novruzbəyovun analizlərinə yönləndirilib.  Sərginin təşkilində dəstək verən "Park Bulvar"ın direktoru Əli Yüksəl bəyə və menecer Günay Novruz qızına öz dərin təşəkkürümüzü bildiririk.