• Əlilliyi olan şəxslərə sosial dəstək İB
“Lənkəran rəngləri” – unudulmaz bir gün!
28 avqust, 12:15
92

27 avqust 2026-cı il tarixində Lənkəranın gözəl təbiət qoynunda yerləşən “Palıdlı Sahil” istirahət mərkəzində əlilliyi olan uşaq və gənclər üçün “Lənkəran rəngləri” adlı birgünlük düşərgə təşkil etdik.
Düşərgəmiz maraqlı oyunlar, əyləncəli anlar, xoş sürprizlər və hədiyyələrlə yadda qaldı. 
Günün ən maraqlı və yaradıcı fəaliyyətlərindən biri isə “Lənkəranın rəngləri” adlı kollektiv tablonun hazırlanması oldu. İştirakçılar yarpaqları öz zövqlərinə uyğun rənglədilər və onları kətan üzərinə yapışdıraraq birlikdə gözəl bir sənət əsəri yaratdılar. Bu tablo uşaqların və gənclərin yaradıcılığının, birlik və həmrəyliyinin gözəl ifadəsinə çevrildi.
Düşərgə zamanı iki iştirakçımızın da doğum gününü birlikdə qeyd etdik.  Tort kəsildi, ad günü sahiblərinə hədiyyələr təqdim olundu və onların sevincinə hamımız şərik olduq. 
Ən əsası isə bu gün ərzində iştirakçılarımızın üzündə sevinc, həyəcan və xoşbəxtlik gördük. Onlar yeni dostlar qazandılar, birlikdə əyləndilər, yaradıcılıqlarını nümayiş etdirdilər və gözəl xatirələrlə ayrıldılar. 
Bu gözəl günün ərsəyə gəlməsində əməyi, dəstəyi və diqqəti olan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Sizin dəstəyiniz sayəsində uşaqlarımız və gənclərimiz üçün belə xüsusi anlar yaratmaq mümkün olur. 
“Lənkəran rəngləri” sadəcə bir düşərgə deyil, uşaqların sevincinin, arzularının, yaradıcılığının və həyatın bütün rənglərini birlikdə yaşamağın gözəl bir günü oldu. 
#LənkəranRəngləri #Düşərgə #ƏlilliyiOlanUşaqVəGənclər #BirlikdəDahaGözəl #Sosialİnteqrasiya #Sevinc #Lənkəran