• Əlilliyi olan şəxslərə sosial dəstək İB
21 mart – Dünya Daun Sindromu Günü münasibətilə xüsusi və unudulmaz bir gün yaşanıb
21 mart, 18:18
112

21 mart – Dünya Daun Sindromu Günü münasibətilə xüsusi və unudulmaz bir gün yaşadıq. 

Daun sindromlu uşaqlarımız Hilton Baku otelinin dəvəti ilə qonaq oldular. Otelin əməkdaşları ilə birlikdə uşaqlar üçün maraqlı və öyrədici ustad dərsi təşkil edildi. Rəsm çəkməyə xüsusi marağı olan “Günəşin uşaqları” boya ilə milli simvollarımızdan biri olan nar təsvirlərini böyük həvəslə işlədilər. 

Tədbir çərçivəsində uşaqlar üçün səmimi və rahat mühitdə kofe-brek də təşkil olundu. Günün sonunda Hilton Baku otelinin direktoru Erhan Gürsel uşaqları Ramazan və Novruz bayramları münasibətilə təbrik etdi, onlara kiçik, lakin mənalı hədiyyələr təqdim olundu. 

Ən təsirli məqamlardan biri isə uşaqların əl işlərinin Hilton Baku otelinin əməkdaşları tərəfindən böyük maraq və sevgi ilə alınması oldu. Bu, onların zəhmətinə verilən ən gözəl dəyər idi. 

Belə təşəbbüslər cəmiyyətimizdə inklüzivliyin və qayğının daha da güclənməsinə töhfə verir.

#DünyaDaunSindromuGünü #21Mart #GünəşinUşaqları #HiltonBaku #İnklüzivCəmiyyət #Sevgi #Dəstək #Birlik #SosialMəsuliyyət #Novruz #Ramazan #Xeyirxahlıq