"Əlilliyi olan Şəxslərə Sosial Dəstək" İctimai Birliyi əlilliyi olan uşaqların yay istirahət günlərinin maraqlı və şən keçirməsi üçün onlayn "YAY məktəbi"nə başlayıb. İlk dərs 01.07.2022-ci il tarixində başlayıb. Dərslərə 30-a yaxın əlilliyi olan uşaq qoşulur.. Dərs 2 saata yaxın müddəti əhatə edir. Uşaqlara ingilis dilində danışıq, şəkil çəkmək və interaktiv, intellektual oyunlarla ingilis dili öyrədilir. Çəkilmiş rəsmlərdə üzərində danışıq, məlumat vermək tapşırığı olur. Uşaqlar "YAY MƏKTƏBİ"- ni sevinclə qarşılayıb. "YAY MƏKTƏBİ" 2 ay davam edəcək.