Azərbaycan Milli Xalça Muzeyi ilə "Əlilliyi olan Şəxslərə Sosial Dəstək"İB müxtəlif kateqoriya və səbəbdən əlilliyi olan uşaq və gəclərin cəmiyyətə inteqrasiya olunması və inkluzivliyin təmin olunması məqsədilə 20 iyul 2022-ci il tarixində Azərbaycan Milli Xalça muzeyində tədbir təşkil edib. Tədbirdə 30 -a yaxın müxtəlif səbəblərdən görmə, eşitmə və nitq məhdudiyyətli, uşaq serebrial iflici və s səbəblərdən əlilliyi olan gənclər iştirak edib. Onlar muzeydəki xalçaların növləri, tarixi, hansı bölgəyə məxsus olması barədə məlumatlandırılıb. Muzeydə görmə məhdudiyyətli şəxslərin mariflənməsi üçün brayl əlifbası ilə hazırlanmış xüsusi lövhələr mövcuddur ki, bu da görmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunmasında böyük rol oynayır. Tədbir müddətində fotosessiyalar, master klaslar təşkil olunub.