• Əlilliyi olan şəxslərə sosial dəstək İB
IV Milli Kitab sərgisi başa çatıb
02 oktyabr, 15:49
298

"Qanun" Nəşrlər Evinin   təşkilatçılığı ilə 27 sentyabr 1 oktyabr 2022-ci il tarixlərində  Bakı İdman Sarayında IV Milli  Kitab Sərgisi keçirildi. Sərgidə  kitab evləri ilə yanaşı  əl işləri sahibləri də yer alırdı.Birliyimizin müraciəti əsasında 3 masada əlilliyi olan şəxslər öz əl işlərini satışa çıxarmışdı.  5 gün ərzində əlilliyi olan şəxslərdən 15 nəfər sərgidə öz əl əməkləri, göz nurları ilə başa gələn məhsulları satdılar. Yazıçılar və tanınmış şəxslərlə görüşlərin zəngin olduğu sərgi olduqca maraqlı keçdi. Sonda iştirakçılara sertifikatlar təqdim olundu. "Qanun" Nəşrlər Evinə gözəl təşkilatçılığa görə öz minnətdarlığımızı bildiririk.