3 Dekabr Beynəlxalq Əlillər günüdür. 4 dekabr 2022-ci il tarixində "Vətən naminə" ictimai birliyinin təşkilatçılığı ilə "Əlilliyi olan şəxslərə sosial dəstək " ictimai birliyinin kiçik üzvlərindən dəvət olunmaqla şəhərin mərkəzində yerləşən "Xarı bülbül" restoranında tədbir keçirilib.Tədbiri giriş sözü ilə Vətən naminə ictimai birliyinin sədri Sevda Əliyeva açaraq uşaqlara can sağlığı arzulayıb. Sonra "Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyinin sədri Təranə Musayeva çıxış edərək 3 dekabr Beynəlxalq Əlillər gününün mahiyyəti haqqında danışaraq tədbir iştirakçılarına can sağlığı arzulayıb. Xeyriyyəçi insanların dəstəyi ilə uşaqlar və onları müşayiət edən valideyinlər üçün şirniyyat və yemək süfrəsi açılıb. Tədbirdə müğənnilər və aktyorlar öz maraqlı çıxışları ilə uşaqları əyləndirib. Sonda uşaqlar üçün tort kəsilib, hədiyyələr paylanıb, xatirə fotolar çəkilib. Tədbirin sonunda "Vətən naminə" ictimai birliyinin sədri Sevda Əliyeva uşaqlar üçün unudulmaz gün yaşadan, tədbirin ərsəyə gəlməsinə dəstək olanlara, sponsorlara öz dərin minnətdarlığını bildirdi