16 dekabr, 22:12
222
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə 17 dekabr 2022-ci il tarixdən 17 yanvar 2023-cü il tarixinədək qədim İçərişəhərdə "Sehirli qala" festivalı keçiriləcək. Festivalda 100-ə yaxın sənətkar, o cümlədən əlilliyi olan sənətkarlar öz əl işlərinin satışını təşkil edəcəklər. Festivalın keçirilməsində əsas məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsi və onların inkişafına dəstək olmaqdır. Bundan əlavə sərgi, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, yerli məhsulların daha böyük auditoryaya tanıdılmasına, sahibkarların gəlirlərinin artmasına şərait yaratmaq, sahibkarların xidmət keyfiyyətini yaxşılaşdırmaq, müştəri təlabatının öyrənilməsinə şərait yaratmaq kimi məqsədləri də özündə birləşdirir.
Sərgidə müxtəlif qida növləri, tekstil, əl işi, dekorativ əşyalar, müxtəlif aksessuarlar, qab-qacaq, ev əşyaları, dekor və oyuncaqlar, kosmetika və gigiyenik vasitələr, xidmət sektoru (təhsil, səhiyyə), nəşriyyat və s. sahədən olan sahibkarlar iştirak edəcək.