• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Əlilliyi olan uşaqlar  "Yeni il" şənliyinə dəvət alıb
05 yanvar, 13:17
484

04 yanvar 2023-cü il tarixində Heydər Əliyev Sarayında təşkil olunan “Yeni il şənlikləri əyləncəli proqram”a birliyimizin balaca üzvləri də dəvət aldı. 150 uşaq əyləncəli proqramı çox maraqla izlədi. Hər zaman birliyimizi diqqətdə saxlayaraq əməkdaşlığa hazır olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə,  uşaqlar üçün unudulmaz  an yaşadan Heydər Əliyev Sarayının direktoru vəzifəsini müvəqqəti icra edən cənab Faiq Mirzəyevə,  uşaqlarımızın əziyyətini çəkən  Heydər Əliyev Sarayının bütün əməkdaşlarına və könüllülərə öz dərin təşəkkürümüzü bildiririk.