• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Bu gün onlar üçün xoşbəxt gün idi
07 yanvar, 18:30
451

Bir uşağı sevindirmək, onun gülüşünə səbəb olmaq dünyada ən böyük savabdır.  İllahda ki bu uşaq xüsusi qayğıya ehtiyac duysun, diqqət istəsin. Onu anlamağı, duymağı, başa düşülməsini arzulasın. Bu gün Bakı Konqres Mərkəzinin dəstəyi ilə əlilliyi olan uşaqlar öz  valideyinlərilə birlikdə 189 nəfər "Şaxta babanın sirri"  Cırtdan şou əyləncəli proqrama  qatıldı. Üzlərdəki sevinc və fərəhi gizlədə bilməyən uşaqlar bu gün çox xoşbəxt idilər.
Bu dünyada ən böyük xeyirxahlıq uşaq sevincidir. Kimsə bir körpənin üzündə xoş təbəssüm yaradırsa savab iş görür. Bizim uşaqlar ən saf, ən günahsız, sevinməyə, sevilməyə layiq uşaqlardır. Onlara sevgi ilə yanaşmaq, diqqət göstərmək, qayğısına qalmaq, sevinclərinə səbəb olmaq isə hər adama nəsib olmur. 
Bu gün böyük ürəyə sahib olan insanlara, Bakı Konqres Mərkəzinin rəhbərinə, ictimai əlaqələr üzrə meneceri Mehin Məmmədovaya, uşaqların əziyyətini çəkən,onlarla əylənən bütün əməkdaşlarına minnətdarıq.