• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Park Bulvarda əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi keçirilmişdir
13 fevral, 17:00
382

11-12 fevral 2023-cü il tarixlərində "Əlilliyi olan şəxslərə sosial dəstək" İctimai Birliyi Park Bulvarda  əlilliyi olan şəxslərin əl işlərinin satış- sərgisini təşkil etdi. Sərgidə 8 əlilliyi olan şəxs öz əl işlərinin satışı ilə məşğul olub. Xeyriyyə məqsədi ilə  satışda olan əl işləri satışından  və xeyriyyə məqsədi ilə toplanmış vəsaitdən Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar  Türkiyə Respublikasına yardım etmək üçün ərzaq məhsulları alınaraq Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təhvil verilmişdir. Dəstəyə görə Park Bulvarın rəhbəri Əli Yüksəl bəyə təşəkkür edirik.