Əlilliyi olan uşaqlar 'Novruz' bayramına həsr olunmuş
24 mart, 12:23
198
Heydər Əliyev Sarayına müraciətimiz əsasında 240 nəfər əlilliyi olan, sosial dəstəyə ehtiyac duyan uşağın 22-23 mart 2023-cü il tarixlərində "Cırtdan və dostlarının Novruz macəraları" interaktiv nağıla təmənnasız olaraq baxmaları təmin olundu. Uşaqlar tamaşanı çox maraqla izlədilər. Onlara bu sevinci yaşadan, hər zaman diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Heydər Əliyev Sarayının direktoru vəzifəsini müvəqqəti icra edən cənab Faiq Mirzəyevə, uşaqlarımızın əziyyətini çəkən Heydər Əliyev Sarayının bütün əməkdaşlarına və könüllülərə öz dərin təşəkkürümüzü bildiririk.