Uşaq serebrial iflicindən əziyyət çəkən uşaqların müayinəsi üçün aksiya keçirildi.
23 iyun, 16:33
382
"Əlilliyi olan şəxslərə sosial dəstək" İctimai Birliyi, ARS Reablitasiya Mərkəzi və SENİ Şirkətinin təşəbbüsü ilə ARS Reablitasiya Mərkəzində "Qurban"bayramı münasibətilə 21, 22 və 23 iyun tarixlərində serebrial iflicdən əziyyət çəkən uşaqların və dayaq hərəkət sistemində problem olan əlilliyi olan şəxslərin pulsuz müayinəsi üçün aksiya təşkil edildi. Aksiyada iştirak edənlər nevropatoloq tərəfindən yoxlanıldı və reablitasiya üçün müvafiq tövsiyyələr verildi.Aksiyada 20-yə yaxın şəxs iştirak etdi.