• Əlilliyi olan şəxslərə sosial dəstək İB
"Mən daha gözələm" adlı tədbir təşkil olunub
03 sentyabr, 20:53
267

Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyi PAŞA MALLSın dəstəyi ilə 03 sentyabr 2023-cü il tarixində 28 MALL Ticarət Mərkəzində əlilliyi olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi,  onların bacarıqlarının cəmiyyətə təqdim edilməsiyə motivasiyanın artırılması və yay tətil günlərinin daha maraqlı keçməsi üçün “Mən daha gözələm” adlı tədbir təşkil etdi. Tədbirdə ictimai birlik rəhbərləri, psixoloqlar və digər qonaqlar iştirak etdilər. Tədbirə dəvət olunmuş müğənnilərlə yanaşı tədbirdə autizmli Tağızadə Əlihüseynin ifasında vətənpərvərlik ruhunda mahnılar, serebral iflicdən əziyyət çəkən  Əliyeva Nurayın ifasında “Azərbaycan-Türkiyə” mahnısı, Görmə məhdudiyyətli Ağamirova Rəvanənin ifasında xalq mahnıları səsləndi. Əlilliyi olan  uşaq və gənclər şer söyləyib, tamaşa göstərdilər. Fərid Abuşov tarda ifası ilə fərqləndi. Hər bir uşaq öz məharətini göstərdi. Uşaqlar podiuma çıxaraq geyimlər nümayiş etdirdi.  Tədbirdə iştirak edən Orvita psixalogiya və reablitasiya mərkəzinin direktoru, Psixalogiya  üzrə fəlsəfə doktoru, psixoloq Ramidə Abbaszadə, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova, Azərbaycan Universitetinin Sosial iş kafedrasının müəllimi Aygün Muradova və başqaları tədbirin aktuallığından və maraqlı keçməsindən  danışıblar. "Əlilliyi olan şəxslərə sosial dəstək"ictimai birliyinin sədri Təranə Musayeva tədbirdə iştirak edən iştirakçılara, qonaqlara və tədbirin təşkilində texniki və məkan ilə dəstək olan "PAŞA MALLSın rəhbərliyinə minnətdarlığını bildirilib. Sonda uşaqlar üçün slaym şou təşkil  olunub