• Əlilliyi olan şəxslərə sosial dəstək İB
3 Dekabr Beynəlxalq Əlillər günü qeyd olunub
03 dekabr, 19:02
408

1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi  dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlərin əsası ulu öndər  Heydər Əliyev  tərəfindən qoyulub.
İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb.
3  Dekabr tarixi ölkənin bir çox yerlərində  qeyd olunur. Belə tədbirlərdən biri 3 Dekabr tarixində "Vətən naminə inkişafa dəstək" İctimai Birliyinin sədri Sevda Əliyeva tərəfindən  təşkil olunmuşdur. Tədbirdə  44 günlük Vətən Müharibəsi qaziləri, Şəhid ailələri, "Əlilliyi olan şəxslərə sosial dəstək" İctimai Birliyi tərəfindən əlilliyi olan uşaqlar , iş adamları və müğənnilər iştirak etmişlər. Bakı Dövlət Sirkinin əməkdaşları uşaqları öz maraqlı şou proqramları ilə uşaqları əyləndirmiş, müğənnilər mahnıları ilə könülləri oxşamışdır. "Əlilliyi olan şəxslərə sosial dəstək" İctimai Birliyinin sədri Təranə Musayeva  əlillik haqqında, əlilliyin yaranma səbəbləri, günün mahiyyəti haqqında çıxış edərək iştirakçılara öz ürək sözlərini  çatdırmışdır.  Tədbirdə iştirak edən əlilliyi olan uşaqlar da öz istedadlarını nümayiş etdirmişlər.  ƏliHüseyn Tağıyev, Nuray Əliyeva mahnı oxumuş, digər uşaqlar vətənə, anaya aid şerlər səsləndirmişlər. "Xarı bülbül" Restoranı tərəfindən uşaqlara dadlı təamlar verilmişdir. "Gülnurə" xeyriyyə klubunun rəhbəri Sevinc xanım da uşaqlarla birgə olaraq onlara dəstək olmuşdur. Sonda Azərbaycan bayrağı ilə bəzədilmiş tort şəhid anasının iştirakı ilə  kəsilərək uşaqlara paylanmışdır. Şəhid atası oğlunun xatirəsinə həsr olunmuş hədiyyələri qazilərə və uşaqlara paylamışdır. Oriflaym şirkəti istedadlı uşaqları fərqləndirərək onlara öz hədiyyələrini paylamışdır. 3 Dekabr tarixi iştirakçıların yaddaşında  silinməz iz buraxmışdır. Tədbirin təşkilatçısı, "Vətən naminə inkişafa dəstək" İctimai Birliyinin sədri Sevda Əliyevaya uşaqlar və valideynlər adından səmimi təşəkkürümüzü bildiririk.