Qobustan Milli Tarix-Bədii Qoruğunda Azərbaycan Respublikası Mədəniyyəti qurulur
18 aprel, 21:36
222
Qobustan Milli Tarix-Bədii Qoruğunda Azərbaycan Respublikası Mədəniyyəti qurulur. Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı tədbir təşkil olunub. Tədbiri giriş nitqi ilə açıq elan edən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev əlamətdar gün münasibəti ilə tədbirdə iştirak edib, ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələrindən söhbət açıb, mədəni irsimizə dövlət qayğısından danışıb.
Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq" teatrının aktyorları, Aşıq Rza Qobustanlı Mədəniyyət Evinin özfəaliyyət kollektivi, Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbinin absamblı və Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbinin öz-fəaliyyət dərnəyinin üzvləri biri-birindən maraqlı tamaşa, ifa və rəqslər təqdim ediblər. Yeniyetmə məktəbli rəssamlar Qobustan Milli Tarix-Bədii Qoruğuna aid rəsm əsərləri çəkmişlər. "Əlilliyi olan şəxslərə sosial dəstək" İctimai Birliyinin üzvlərinin əl işlərindən ibarət yarmarka təşkil olunub. Tədbirin yekununda iştirakçllara sertifikatlar təqdim edilib.