26 aprel, 17:53
290
“Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə 26 aprel 2024-cü il tarixdə «Aprel Autizm Maarifləndirmə ayı» və 5 may «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi günü»nə həsr olunmuş «İstedad sərhəd tanımır» adlı tədbir təşkil edib. Tədbirdə yüksək vəzifəli şəxslər, Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli, QHT rəhbərləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sosial iş” kafedrasının müəllimləri, psixoloji mərkəzlərin nümayəndələri, Masazır 1 saylı orta məktəbin müəllimləri və xüsusi qayğıya ehtiyacı olan nuşaqları valideynləri ilə birlikdə, “İBİS” Otelin nümayəndələri və digər qonaqlar iştirak edib. Tədbirdə “Əlilliyi olan şəxslərə sosial dəstək “İB-nin sədri Təranə Musayeva, Azərbaycan Milli Xalça Muzeyinin icraçı direktoru Mira Məmmədxanova, Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli, Əlil Qadınla Cəmiyyətinin sədri Məhluqə Qaramanlı, “Ülkər” Psixalogiya və reablitasiya mərkəzinin rəhbəri Jalə Mirsaab, “Bacarıqlı Əllər Dünyası” İB-nin sədri Azadə Məmmədova çıxış ediblər.
Tədbirin bədii hissəsində autizm sindromlu Əlihüseyn Tağızadənin və Serebral iflicdən əziyyət çəkən Nuray Əliyevanın ifasında mahnılar, Zəhra Əlxasovanın ifasında “Şuşanın dağları” mahnısına həsr olunmuş rəqs və Dadaşlı Aysu, Dadaşlı Banu, Şəfəqətov Rəsul və Əzizli Faiqin iştirakı ilə “Sehirli xalça” tamaşası təqdim olunub.
Onu da qeyd edək ki, “Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyi məhz 1989-cu ilin aprel ayının 26-da Azərbaycan Əlillər Cəmiyyətinin Yasamal rayon Əlillər Təşkilatı adı ilə təsis olunaraq fəaliyyətə başlamışdır. 2019-cu ildə birlik AR-sının Ədliyyə Nazirliyinə müraciət edərək sərbəst təşkilat kimi “Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyi olaraq fəaliyyətini davam etdirir. Birlik öz fəaliyyəti dövründə bir çox layihələrə imza atmış, əlilliyi olan şəxslərin hüquqlarının qorunması, sosial müdafiəsi, təhsili, sağlamlığı, cəmiyyətə inteqrasiyası və məşğulluğu sahəsində çox sayda layihələr icra etmişdir. Bu gün eyni zamanda Birliyin təsis olunmasının 35 ili tamam olur.
Tədbirin ikinci hissəsi əlilliyi olan şəxslərin, autizm və daun sindromlu uşsqların əl işlərinin satış yarmarkasından ibarət olacaq və üç gün(26, 27, 28 aprel tarixlərində) davam edəcək.
Tədbirin sonunda tədbirdə iştirak edən əlilliyi olan uşaq və gənclərə «İBİS» oteli tərəfindən hədiyyələr, “Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyi isə iştirakçılara, könüllülərə və tədbirə dəstək olan Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyinə, «İBİS» otelin nümayəndəsinə Təşəkkürnamələr təqdim etmişdir.