• Əlilliyi olan şəxslərə sosial dəstək İB
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda əlilliyi olan sənətkarların  əl işlərinin sərgi-satış yarmarkasının  keçirildi
30 iyun, 17:20
97

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin dəstəyi ilə 29 iyun 2024-cü il tarixində “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda əlilliyi olan şəxslərin əl işlərinin satış yarmarkası təşkil olundu.  Qoruğa gələn xarici və yerli qonaqlar maraqlı əl işləri ilə tanış oldular və özləri ilə hədiyyə olaraq aldılar. Yarmarka axşam saat 19:00-dək davam etdi.  Bu cür yarmarkaların təşkili əlilliyi olan  şəxslərin cəmiyyətə inteqrasiyasına və maddi vəziyyətlərinin yaxşılaşmasına kömək olur.