• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Bakı Konqres Mərkəzində xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün şou proqram təşkil olunub
05 yanvar, 12:44
32

04 yanvar 2026-cı il tarixində Bakı Konqres Mərkəzində “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə xüsusi sosial layihə çərçivəsində mədəni tədbir həyata keçirilib. Layihə çərçivəsində İctimai Birliyin üzvü olan 103 nəfər “Cırtdan – Zamanda Səyahət” adlı rəngarəng və əyləncəli şou proqrama dəvət olunub.

Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin sosial inteqrasiyasını gücləndirmək, onların asudə vaxtının səmərəli təşkili, eyni zamanda cəmiyyətə fəal cəlb olunmasına dəstək verməkdir. Şou proqram iştirakçılara yüksək əhval-ruhiyyə bəxş etmiş, onların mədəni istirahətinə töhfə vermişdir.

Tədbir zamanı səhnə performansları, musiqili və interaktiv elementlər xüsusi maraqla qarşılanmış, iştirakçılar üçün unudulmaz anlar yaşanmışdır. Qonaqlar təşkilatçılara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirmişlər.

“Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyi gələcəkdə də bu kimi sosial-mədəni layihələrin davam etdirilməsini və həssas əhali qruplarının cəmiyyətə inteqrasiyasına yönəlmiş təşəbbüslərin genişləndirilməsini qarşıya məqsəd qoyur.
#Sosialdestek #Inkluzivlik #sosialinteqrasiya #asudevaxt 
#BakiKonqresMerkezi