• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Əlilliyi Olan Uşaq və Gənclər üçün Dinozavr Tematik Parkına Maarifləndirici Səfər Təşkil Olunub
12 yanvar, 20:03
59

Bakı, — Bu gün Bakı Ekspo Mərkəzində yerləşən Dinozavr Tematik Parkına əlilliyi olan uşaq və gənclərin iştirakı ilə maarifləndirici və tanışlıq məqsədli səfər təşkil olunub.

Səfər zamanı iştirakçılar parkda nümayiş etdirilən dinozavrlarla yaxından tanış olub, onlar haqqında təqdim olunan elmi və tarixi məlumatları maraqla izləyiblər. Uşaqlar tərəfindən ünvanlanan suallar park ərazisində yerləşdirilən məlumat lövhələri vasitəsilə dolğun və aydın şəkildə cavablandırılıb ki, bu da səfərin maarifləndirici əhəmiyyətini artırıb.
Parkda yaradılan real səs effektləri, dinozavrların sensor həssaslığı və onların yerləşdirildiyi xüsusi tematik məkanlar ziyarətçilərdə böyük maraq və müsbət təəssürat yaradıb. Bu cür interaktiv və vizual tədbirlər əlilliyi olan uşaq və gənclərin sosiallaşmasında, dünyagörüşünün genişlənməsində və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır.

Qeyd edək ki, Dinozavr Tematik Parkına giriş əlilliyi olan şəxslər üçün təmənnasız təşkil olunub. Bu nəcib təşəbbüsə görə parkın rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.
#Sosialdestek #Sosiallashmaq #Inteqrasiya