Autizm spektri geniş yayılmış inkişaf pozğunluqları (PDD) başlığı altında təsnif edilən bir haldır. Bu halla rastlaşanlar ətrafdakılarla təmasdan uzaq, özünəqapanıqlı olurlar. Onlarla müxtəlif terapiyalar apardıqda öz müsbət nəticəsini verir, sosiallaşmaya meyillilik yaranır.
“Əlilliyi olan Şəxsləlrə Sosial Dəstək” İctimai Brliyi 2015-ci ildən əlilliyi olan uşaqlar, o cümlədən autizmli uşaqlar üçün Cıdır Atçılıq Mərkəzində Sərxan Tağıyevin rəhbərliyi ilə yaratdığı “Bakı GoldenHorse Terapevtik və Tədris Mərkəzi”ndə hipoterapiya təşkil edir. Bu isə əlilliyi olan uşaqların davranışına öz müsbət təsirini göstərir.
Məlum olduğu kimi 2 Aprel Dünya Autizm Məlumatlandırma günüdür.
“Araz” Supermarketlər şəbəkəsinin əməkdaşları bu gün münasibəti ilə 01 aprel 2022-ci il tarixində Bakı GoldenHorse Terapevtik və Tədris Mərkəzində qonağımız olaraq autizmli uşaqları sevindirdilər. İlk öncə uşaqlar məşhur Qarabağ atları ilə təmasda oldular, könüllülərimizin müşayiəti ilə atların tərkində gəzdirildilər. Sonra yaxınlıqdakı restoranların birində uşaqlar üçün tort kəsilərək çay süfrəsi təşkil edildi. Autizmli uşaqlar üçün xoş bir gün yaşatdıqları və gələcəkdə layihənin davamına dəstək olmağa çalışacaqlarına söz verən “Araz” Supermarketlər şəbəkəsinin əməkdaşlarına öz dərin təşəkkürümüzü bildiririk