• Əlilliyi olan şəxslərə sosial dəstək İB
"Sosial Medianın İdarə Edilməsi" layihəsinin yekun tədbiri keçirilib
20 aprel, 15:05
192

20.04.2022-ci il tarixdə Sputnik Azərbaycan”da Əlilliyi olan şəxslərə Sosial Dəstək İctimai Birliyi  “Sosial Medianın idarə edilməsi” adlı layihənin təqdimat tədbiri keçirib.Tədbirdə Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Rəşidə Abdullayeva, Qeyri Hökumət təşkilatlarının rəhbərləri, Qərbi Kaspi Universitetinin nümayəndələri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Vəfa Bünyatova  və digər qonaqlar iştirak etdilər.                             
Tədbiri "Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva açaraq layihə haqqında məlumat verib. O bildirib ki,  layihə  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilib. Layihə  01 fevral 2022-ci il tarixində başlayıb və 08 aprel 2022-ci il tarixinədək 12 təlim keçilib. Layihəyə əlilliyi olan 10 gənc cəlb olunub. Layihənin əsas məqsədi əllilliyi olan gəncləri cəmiyyətə inteqrasiya etmək, sosial  mediadan düzgün istifadə etməyin yollarını öyrətmək, əlilliyi olan gənclərin əmək bazarına çıxışını asanlaşdırmaqdir. Layihənin icrası zamanı gənclərə sosial şəbəkələrdən səmərəli istifadə etməyin, Youtube, Instagram, Facebook, Linkedin, Tiktok və s.sosial şəbəkələr üzərindən öz biznesini qurmağın, öz brendlərini yaratmağın yolları, kontentin hazırlanma qaydası, fikirlərini yazı ilə ifadə edərək müxtəlif mövzulara uyğun paylaşımlar edərək hədəf kütləsini cəlb etməyin yolları və s. öyrədilib.  Layihə müddətində gənclər ARB Televiziyasının  Media şöbəsində bir günlük təcrübə keçiblər. Layihə gənclərin  özgüvəninin artmasına, potensialının üzə çıxmasına səbəb olub. Gənclər yeni biliklər öyrənərək əlavə bacarıqlar əldə ediblər. Bu da əlilliyi olan gənclərin işə qəbul olaraq hər hansı bir şirkətin sosial media hesabını idarə etməsində,  özünü inkişaf etdirməsində və sosial media üzərindən öz biznesini quraraq  faydalanmasında  böyük kömək olacaq.  O layihənin gedişatını əks etdirən slayd və videonu təqdim edib. T.Musayeva onu da bildirib ki, layihə müddətində ictimai birliyin eyni adlı çoxfunksiyalı  https://sspwd.az/ "Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi saytı yaradılıb. Gənclərə saytın idarə edilməsi, materialların necə seçilərək yüklənməsi göstərilib. T.Musayeva saytın təqdimatını edərək saytın yaradılmasına maliyə yardımı edən Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib. T.Musayeva onu da qeyd edib ki, "Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin  saytının yaradılması əlilliyi olan şəxslərin mariflənməsinə, onların bacarıqlarının təşviqinə, məlumatlılığın artmasına xidmət edəcək.
Təqdimatdan sonra Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Rəşidə Abdullayeva, Qeyri Hökumət təşkilatlarının rəhbərləri, Qərbi Kaspi Universitetinin nümayəndələri və layihə iştirakçıları çıxış edərək layihə haqqında xoş sözlər söyləyiblər