Xüsusi qayğıya ehtiyacı olan uşaqlar 'Məlikməmməd' tamaşasına baxdılar
16 may, 11:20
609
"Əlilliyi olan şəxslərə Sosial Dəstək" ictimai birliyinin müraciəti əsasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar 15 may 2022-ci il tarixində Rəşid Behbudov adına Dövlət Mahnı teatrında "Məlikməmməd" tamaşasına baxdılar. Tədbirdə 40-a yaxın uşaq iştirak etdi. Onlar tamaşadan sonra səhnədə tamaşa qəhrəmanları ilə foto şəkil çəkdirdilər. Uşaqlar üçün unudulmaz və maraqlı gün yaşadan Rəşid Behbudov adına Dövlət Mahnı teatrının direktoru Kazım Qasımova öz dərin minnətdarlığımızı bildiririk.