Əlilliyi olan şəxslərin mədəni istirahəti təşkil olunur.
16 may, 11:38
348
"Əlilliyi olan şəxslərə sosial dəstək"İctimai Birliyinin təşəbbüsü ilə artıq uzun illərdir əlilliyi olan şəxslərin mədəniyyət ocaqlarında istirahəti təşkil olunur. Carona virus pandemiyası ilə əlaqədar bu tədbirlər iki ilə yaxın bir müddətdə dayanmışdı. Artıq bir neçə aydır əlilliyi olan insanlar öz asudə vaxtlarını maraqlı və yaddaqalan edə bilirlər. Son bir neçə ayda üzvlərimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və YUĞ Teatrında 30-a yaxın tamaşaya dəvət almışlar. Əlilliyi olan şəxslərə diqqət ayıraraq onların mədəni istirahətinin təşkilində, asudə vaxtın maraqlı keçməsində və cəmiyyətə inteqrasiyasına dəstək olduqları üçün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və YUĞ Teatrının rəhbərliyinə öz dərin təşəkkürümüzü bildiririk.